Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo-Avto” bu gün ölkə çempionatının sonuncu - 38-ci turu çərçivəsində səfərdə "Kodru Lozova” ilə qarşılaşıb.
Futbolçumuzun komandası 2:0 hesablı qələbəyə sevinib. Orxan start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Həmyerlimiz meydanda olduğu müddətdə sarı vərəqə də alıb.
"Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 36 oyunda 48 xal toplayıb və 10 iştirakçı arasında 6-cı yeri tutub. Bu görüşlərdən doqquzunda forma şansı qazanan Orxan qol vura bilməyib.
Fanat.Az