Orxan 90 dəqiqə oynadı, komandası...

Orxan 90 dəqiqə oynadı, komandası...
Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı Moldova çempionatında növbəti matçına çıxıb.
 
Fanat.Az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo-Avto” bu gün ölkə çempionatının 29-cu turu çərçivəsində doğma meydanda "Petrokub”la qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 29 oyunda 40 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər