"Bayern Münhen"in müdafiəçisi Niklas Zülenin agenti Folker Strut müştərisinin Almaniya nəhənginin yeni müqavilə təklifini niyə geri çevirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sport1.de" Strutunu söylədiklərini belə çatdırıb:
"Müəyyən söhbətlər olsa da, biz "Bayern"lə danışıqlar masası ətrafında əyləşmədik. Niklasla bağlı danışıqları yanvara planlaşdırmışdılar. Lakin o, Yeni il bayramından sonra mənə zəng vuraraq klub nümayəndələri ilə görüşməyimi istəmədiyini dedi... Bu, mənim üçün təəccüblü deyildi. Züle hələ müqaviləsinin müddətinin başa çatmasına 6-7 ay qalmış da özünü yeni mühitdə sınamaq barədə düşündüyünü söyləmişdi. Hə, artıq yeni klubu da hazırdır. Fikrini dəyişəcəyinə inanmıram".