"Onu uşaq vaxtlarından tanıyıram, əla oyunçudur" - Ronaldinyo 

"Onu uşaq vaxtlarından tanıyıram, əla oyunçudur" - Ronaldinyo 

"Barselona"nın və Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo İspaniya çempionatının 20-ci turu çərçivəsində keçirilən matçda - "Sevilya" ilə oyunda (3:0) qol və məhsuldar ötürmə ilə yadda qalan Rafinyanın çıxışını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, "Sport.es"ə açıqlamasında 26 yaşlı həmyerlisi barədə belə danışıb:

"Rafinya əla oyunçudur. Mən onu uşaq vaxtlarından tanıyıram. Əminəm ki, bu matçdan sonra "Barselona"dakı işləri daha yaxşı gedəcək".

Qeyd edək ki, Rafinya "Barselona"ya ötən ilin yayında "Lids"dən transfer olunub. Cari mövsüm Kataloniya klubunun forması ilə bütün turnirlərdə 29 matça çıxan "sambaçı"  6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər