Müqavilə ilə "Atletiko Madrid"ə məxsus olan, hazırda icarə əsasında "Barselona"nın formasını geyinən Joau feliks Lionel Messi ilə Kriştianu Ronaldunun müqayisə edilməsini doğru saymadığını deyib.
Fanat.Az xəbər verir ki, "Jijantes FC" onun sözlərini belə çatdırıb:
"Messi ilə Kriştianunu müqayisə etmək yox, onların çıxışından zövq almaq lazımdır. Onlardan birini seçmək çox çətindir. Hər ikisi o qədər çox iş görüblər ki, başqa kiminsə onların etdiklərini təkrarlaması çətin məsələdir".
Qeyd edək ki, ötən ilin yayından "Barsa"nın uğurları üçün çalışan Feliks cari mövsüm "blauqrana" forması ilə bütün turnirlərdə 35 matça çıxaraq 9 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Nihat