İkinci Liqanın 15-ci turunda "Cəbrayıl" evdə "Kürmük Qax"la qarşılaşıb. Görüş meydan sahibinin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində iki qol vurması ilə fərqlənən Ruslan Voronsovla əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
Voronsovun Fanat.Az-a açıqlaması belə oldu:
"Əlavə də qollar ola bilərdi. Mənim dirəkdən qayıdan iki topum var idi. Rəqibin qapıçısı bir neçə epizodda seyv etməklə yadda qaldı. Onlar oyun günü uzun yol gəldikləri üçün yorğun idilər. Böyükhesablı nəticəyə qeyd etdiyim amil təsir etdi. Normalda rəqib güclüdür".
Nahid Ustaclı