"Onlar bir diaqonal ötürmə ilə bütün komandamızı sındırdılar" - Erik ten Haq

"Onlar bir diaqonal ötürmə ilə bütün komandamızı sındırdılar" - Erik ten Haq

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 21-ci turunda "Tottenhem"ə qarşı keçirdikləri matç barədə (2:2) danışıb.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis fikirlərini "qırmızı şeytanlar"ın rəsmi saytına bölüşüb:

"Belə deyim, standart vəziyyətlər zamanı buraxılan səhvləri nəzərə almasaq, müdafiədən razıyam. Biz heç də yaxşı müdafiə olunmadıq. Topu qapı xəttindən çıxardığımız epizodun ardından qol buraxdıq. Halbuki Dioqu artıq komandanı qoldan xilas etmişdi. Belə məqamlarda diqqətli olmalıyıq. Daha sərt reaksiya verməli, topu təhlükəli zonadan uzaqlaşdırmalıyıq.

Qapımızda gördüyümüz ikinci qola gəlincə, onlar bir diaqonal ötürmə ilə bütün komandamızı sındırdılar. Amma belə olmamalıdır. Biz sürətli çıxışların nə demək olduğunu bildiyimiz halda, onların diaqonal hərəkət etməsinə imkan verməməliydik".

21 tura 32 xal toplayan "Mançester Yunayted" İPL-in turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Çempionatın lideri isə 45 xala malik "Liverpul"dur.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər