Onana millidən gedir - SƏBƏB

Onana millidən gedir - SƏBƏB

“Mançester Yunayted”in qapıçısı Andre Onana Kamerun millisi ilə vidalaşır.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, 27 yaşlı qolkiper Afrika Millətlər Kubokunun oyunlarından sonra yığma karyerasını başa vurmaq fikrinə düşüb.

Mənbə Onananın yığmanın 4 oyunundan yalnız birində iştirak etməsindən narazı qaldığını açıqlayıb. Xəbərə görə, 27 yaşlı futbolçunun Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Eto ilə münasibətləri qaydasında deyil.

Qeyd edək ki, Onana 2022-ci ilin dekabrında millidən getdiyini açıqlamış, lakin sonradan yığmaya dönmüşdü. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər