PSJ-nin zorlamada təqsirli bilinən müdafiəçisi Əşrəf Hakiminin anası Səidə Moş oğlunun cinayət törətmədiyini iddia edib.
Fanat.Az xəbər verir ki, "Sportskeeda" onun dediklərini belə çatdırıb:
"Mənim ürəyim mənə deyir ki, oğlum günahsızdır. O, çox yaxşı tərbiyyə alıb. Əşrəf başına gələnləri haqq etmir. Onunla bu barədə danışmışam. Mənə günhkar olmadığını deyib".
Qeyd edək ki, hadisə bu ilin yanvarında qeydə alınıb. Hakimi öz evinə çağırdığı qıza onun istəyinin əleyhinə olaraq təcavüz edib və həmin şəxs 1 gün sonra yerli polisə olay barədə xəbər verib. Daha sonra Nanter prokurorluğu 24 yaşlı oyunçunun ifadəsini alaraq onu zorlamada təqsirli bilib və Hakimi nəzarətə götürülüb.
Nihat