Oliver Kan Bellingemlə bağlı danışdı

Oliver Kan Bellingemlə bağlı danışdı

"Bayern Münhen"in idman direktoru Oliver Kan Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellinqemin kluba transfer olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az  xəbər verir ki, "Bild" nəşri sabiq qolkiperin dediklərini belə çatdırıb:

“Əlbəttə, Bellinqem mənim üçün əla oyunçudur, lakin biz onun mövqeyində Yosua Kimmix, Leon Qoretzka, Marsel Sabitzer və Rayan Qravenberx ilə yaxşı təchiz olunmuşuq. Buna görə də biz bu barədə ümumiyyətlə, düşünmürük".

Xatırladaq ki, Almaniya çempionatının cari mövsümündə Bellinqhem "Borussiya"nın heyətində 8 oyun keçirib, bir qolun ötürməsini verib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər