Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Fanat.az xəbər verir ki, yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş medala sahib olub.
Çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxıb.
53 kq
1/8final - Anjela Doroqan - Nina Hemmer (GER) 2:5
60 kq
1/4 final - Canan Manolova (BUL) - Yuliya Ratkeviç 2:8
1/2 final - Oksana Herhel (UKR) - Yuliya Ratkeviç
65 kq
1/16 final - Mikola Bolotnyuk (SVK) - Ağahüseyn Mustafayev 0:10
1/8 final - Ağahüseyn Mustafayev - Almar Andruse (EST) 10:0
1/4 final - Ağahüseyn Mustafayev - Yuriy Syemakin (FRA) 6:3
1/2 final - Frank Çamizo (İTA) - Ağahüseyn Mustafayev
97 kq
1/8 finalda - Şərif Şərifov - İvan Yankouski BLR dueli baş tutmalı idi. Ancaq bu çəkidə ölkəmizi təmsil edən Olimpiya və dünya çempionumuz Avropa çempionatında ilk titulunu qazanmaq arzusunda olsa da, bunu ən azı 1 illik təxirə salıb. İndiyədək qitəmiqyaslı yarışda gümüş və bürünc medal qazanan güləşçimiz zədə səbəbindən xalçaya çıxmayıb və rəqibi İvan Yankovski (Belarus) mübarizəsiz mərhələ adlayıb.
Final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
Çempionatın digər görüşlərini aşağıdakı linkdən canlı izləmək mümkündür.
Fanat.az