Olimpiya çempionu olan Nicatdan ŞOK AÇIQLAMALAR

Olimpiya çempionu olan Nicatdan ŞOK AÇIQLAMALAR
Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yeri tutub. O, 77 kq çəki dərəcəsində Olimpiya çempionu olub.
Qeyd edək ki, 2 il yarım əvvəl Nicat Rəhimov Azərbaycan millisindən qovulub.  Gənc idmançının yığmadan qovulma səbəbi, onun məşqçinin peşəkarlığından narazı olması olub. Federasiyadan lazımı dəstəyi görməyən idmançı 2014-cü ildən Qazaxıstan yığmasında çıxış edir. 
Ötən axşamdan Azərbaycanda ən çox müzakirə olunan məsələ məhz Nicatın Qazaxıstan yığmasına yollanması və bunun səbəbləridi. Məsələnin aktuallığını nəzərə alan Fanat.Az Nicat Rəhimovun 2 il əvvəl apasport.az saytına verdiyi açıqlamanı təqdim edir:
"Azərbaycan millisinin məşq bazası pozğunçuluq yuvasına bənzəyir, nəzarət yoxdur. İçki içən də, siqaret çəkən də, qumar oynayan da var.
Zlatan Vanev hər şeyə göz yumurdu. Bu səbəbdən də Vanevi vecimə almırdım. Hər gün məşq başlayanda mənə “səni yığmadan uzaqlaşdıracam, federasiyadan aldığın 500 manatı kəsəcəm” deyirdi. Bu səbəbdən atam məni təlim-məşq toplanışından uzaqlaşdırıb, İslam Həmrəyliyi Oyunlarına özü hazırladı. Sonra eşitdik ki, məni yarışa aparmayacaqlar. Atam bunun səbəbini Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov və baş məşqçi Vanevdən soruşub. Deyiblər ki, Nicatı sən hazırlayacaqsan, gedib İslamiadanın qalibi olacaq və deyəcəksən ki, mən hazırladım.
 
Mən Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərova sual verirəm: atam çörək satandırsa, məni İslam Həmrəyliyi Oyunlarına necə hazırlaşdırırdı və necə qalib olurdum? Siz bundan qorxdunuz. Çünki atam keçmiş SSRİ dövründə Azərbaycanın şərəfini qoruyub və məni uşaqlıqdan bu idman növünə özü cəlb edib. Sinqapur Olimpiadasında və Avropa çempionatında onun rəhbərliyi altında qalib olmuşam. 2002-ci ildə “Spartak” İdman Cəmiyyətində baş məşqçi işləyib və sonra öz ərizəsi ilə işdən çıxıb. Bəli, hazırda atam çörək sexinin müdiridi, bəs sən kimsən, həndbolçu...".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər