Olimpiadada seks biabırçılığı

Olimpiadada seks biabırçılığı

Braziliyada təşkil edilən Olimpiya Oyunlarında mübarizə aparacaq mərakeşli boksçu Hassan Saada saxlanılıb.

Fanat.az musavat.com-a istinadən bildirir ki, 22 yaşlı  boksçunun çərşənbə günü Olimpiya kəndində çalışan iki qadına seksual xarakterli hərəkətlər etdiyi iddia olunur.

 

Qadınların şikayətinə əsasən, bu gün səhər saatlarında polislər tərəfindən saxlanılan Saadanın istintaq bitənə qədər 15 gün həbsxanada qalacağı bildirilib.

 

Qeyd edək ki, Hassan Saada sabah türk boksçu Mehmet Nadir Ünal ilə qarşılaşacaqdı.

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər