"O, mənim ilham mənbəyimdir"

"O, mənim ilham mənbəyimdir"

London "Arsenal"ının baş məşqçisi Mikel Arteta "topçular"ın sabiq çalışdırıcısı Arsen Venger barədə danışıb.

Fanat.Az xəbər verir ki, onun dediklərini İngiltərə Premyer Liqasının mətbuat xidməti belə çatdırıb:

"Mən Venger dönəmində bu komandanın necə futbol sərgilədiyini gördüyüm üçün "Arsenal"da oynamağı arzulamışam. Onun rəhbərliyi altında çıxış etmək xoş idi. Venger məni həm də karyeramı bitirəndən sonra məşqçi olmağa həvəsləndirib. Bu barədə qərar verməyə tərəddüd etdiyim dönəmdə onunla danışdım və dəstəyini hiss etdim. Həm klubda, həm də akademiyada mənə çox köməyi dəydi. Venger mənim ilham mənbəyimdir".

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər