"Tottenhem"in hücumçusu Harri Keynin adı "Mançester Yunayted"lə yanaşı çəkilsə də, onun başqa İngiltərə nəhəngində oynamaq ehtimalı da yetərincə yüksəkdir.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Keyn hazırda "Çelsi"də oynamaq varinatını da nəzərdən keçirir.
Xəbərə görə, "zadəganlar" cari mövsümün sonunda Maurisio Poçettinoya tapşırılacağı halda, ulduz forvard məhz "göylər"in sıralarına qoşulacaq. Mənbə Poçettinonun "Tottenhem"də çalışarkən Harri ilə əla münasibət formalaşdırdığını və bu amilin həlledici məqam olduğunu vurğulayıb.
Qeyd edək ki, 29 yaşlı Keyn cari mövsüm "Tottenhem" forması ilə ümumilikdə 44 matça çıxaraq 25 qol vurub. O, bu qarşılaşmalarda 5 məhsuldar ötürmə də edib. Sözügedən futbolçunun Hotspur təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.
Nihat