Azərbaycanlı futbolçu Nurlan Novruzov Estoniya yüksək liqasında qol vurub.
Fanat.Az xəbər verir ki, dünən onun komandası "Narva-Trans” 9-cu turda "Levediya”nı qəbul edib. 4:4 hesabı ilə yekunlaşan görüşdə Novruzov 16-cı dəqiqədə komandasının üçüncü qolunu vurub. 39-cu dəqiqədə isə o, qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
"Narva Trans” turnir cədvəlində 3 xalla sonuncudu.
Fanat.Az