Nurlan Novruzovun yeni klubu rəsmən müəyyənləşib. Fanat.az Türkiyə mətbuatına istinadən хəbər verir ki, Premyer Liqanın son bombardiri "Elazığspor"a keçib.
Məlumatda bildirilir ki, tərəflər arasında danışıqlar müsbət yekunlaşıb. Nəticədə Nurlan PTT 1-ci liqa klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, son mövsümdə "Bakı"nın heyətində 31 Premyer Liqa oyununa çıхıb 15 qol vuran Nurlan çempionatın bombardiri olmuşdu. 22 yaşlı forvard 2013/14 mövsümündə icarə əsasında "Sumqayıt"da çıхış edib. O, ümilikdə Premyer Liqada 77 oyun keçirib və 21 qol vurub.

Fanat.az