"Nüfuzunuz ləkələnibsə, o zaman insanlar və media hər şeyə inanacaq"

"Nüfuzunuz ləkələnibsə, o zaman insanlar və media hər şeyə inanacaq"

İngiltərəli veteran futbolçu Cermeyn Pennant intizamsızlıqları ilə ilə tanınan "Mançester Siti"li oyunçuları - Filip Foden və Cek Qrilişi məzəmmət edib.

Fanat.Az xəbər verir ki, "Arsenal" və "Liverpul" kimi top-klublarda oynamış Pennant “Mirror” nəşrinə açıqlamasında səslənib: 

“İctimaiyyətin diqqətindəsənsə, daha ağıllı davranmalısan. Onlar düşüncəli, bir az daha səviyyəli olmalı, ictimaiyyətin reaksiyasının necə olacağını, mətbuatın manşetlərinin onların reputasiyasına necə təsir edəcəyini bilməlidirlər. Bu, çox önəmlidir.

Ən yüksək səviyyədə olmaq istəyirlərsə, peşəkar davranmalıdırlar. İmicləri korlanandan sonra gələcəkdə hətta səhv bir şey etməsələr belə, həmişə sərxoş olduqlarını iddia edən bəzi şahidlər olacaq. Nüfuzunuz ləkələnibsə, o zaman insanlar və media hər şeyə inanacaq.

Onlar mövsüm öncəsi düşərgəyə artıq çəkiylə qayıdarlarsa, bu, sadəcə axmaqlıq olar".

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər