Novruzov üçün mövsüm erkən bitdi

Novruzov üçün mövsüm erkən bitdi
Topaz Premyer Liqasının XXV turu çərçivəsində keçirilən AZAL - “Neftçi” oyununda zədələnərək oyunu yarımçıq tərk edən Tagim Novruzov üçün mövsüm bitib. 
Fanat.az xəbər verir ki, dünən Mərkəzi Gömrük Hospitalında MRT müayinəsində keçən futbolçu bəd xəbər alıb. Həkimlər ona “sağ diz oynağının çarpaz ön bağlarının tam qopması” diaqnozu qoyduğundan Tagimin ən azı 6 ay yaşıl meydançaya çıxmayacağı dəqiqləşib. 
Klub rəhbərliyi hazırda onun əməliyyatı ilə bağlı məsələləri həll etməklə məşğuldu. Tagimin yaxın vaxtlarda Türkiyənin Ankara şəhərinə yollanacağı gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər