"Norway Chess": Hər iki şahmatçımızdan qələbə

"Norway Chess": Hər iki şahmatçımızdan qələbə

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti görüşlərini keçiriblər.

Fanat.Az xəbər verir ki, Rəcəbov IV turda ağ fiqurlarla fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Görüşün əsas partiyası heç-heçə yekunlaşdığından, reqlamentə əsasən, tərəflər "armageddon"da münasibətləri aydınlaşdırıblar. Rəcəbov 42-ci gedişdə rəqibinə qalib gəlib.

Məmmədyarov isə "qaralar"la çinli Van Hao ilə qarşılaşıb. Partiya 54-cü gedişdə təmsilçimizin üstünlüyü ilə başa çatıb.

Qələbə sayəsində xalını 7-yə çatdıran Şəhriyar turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 3 xalı olan Teymur yeddinci yerdədir. Sıralamaya 8,5 xalla Vişvanatan Anand (Hindistan) başçılıq edir.

Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.

"Norway Chess" IV tur Van Hao (Çin) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0:1 Teymur Rəcəbov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5, 1:0 Veselin Topalov (Bolqarıstan) - Aryan Tari (Norveç) Maqnus Karlsen (Norveç) - Aniş Giri (Niderland) 1:0  Uesli So (ABŞ) - Vişvanatan Anand (Hindistan) 0,5:0,5, 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər