"Norway Chess": Məmmədyarovdan növbəti qələbə, Rəcəbov uduzdu

"Norway Chess": Məmmədyarovdan növbəti qələbə, Rəcəbov uduzdu

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti görüşlərini keçiriblər.

Fanat.Az xəbər verir ki, Məmmədyarov V turda ağ fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Görüşün əsas partiyası 47-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Belədə reqlamentə əsasən, tərəflər arasında "armageddon" oynanılıb. Burada Məmmədyarov rəqibinə qalib gəlib.

Rəcəbov isə "qaralar"la niderlandlı Aniş Giri ilə qarşılaşıb. Matç 40-cı gedişdə rəqibin üstünlüyü ilə bitib.

Beləliklə, xalını 8,5-ə çatdıran Şəhriyar So ilə 3-4-cü pillələləri bölüşdürür. Üç xalı olan Teymur doqquzuncu yerdədir. Sıralamaya 10 xalla hindistanlı Vişvanatan Anand başçılıq edir.

Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.

"Norway Chess" V tur Şəhriyar Məmmədyarov (Azərbaycan) - Uesli So 0,5:0,5, 1:0 Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan) 1:0 Maksim Vaşye-Laqrav (Fransa) - Veselin Topalov (Bolqarıstan)  0,5:0,5, 1:0 Aryan Tari (Norveç) - Van Hao (Çin) 1:0 Vişvanatan Anand (Hindistan) - Maqnus Karlsen (Norveç) 0,5:0,5, 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər