"Tottenhem Hotspur"un və Niderland millisinin vingeri Stiven Berqveyn iş yerini dəyişməyə yaxındır.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Ayaks"a keçmək üzrədir.
Xəbərə görə, "Tottenhem" Amsterdam təmsilçisinə qoşulmaq istəyən ön xətt oyunçusunu 29,9 milyon avroya satmaq niyyətindədir. Bununla belə, mənbə ingilislərin ötən ay 23 milyonluq təklif göndərən "Ayaks"la ortaq məxrəcə gələcəyini vurğulayıb.
Berqveyn "Tottenhem"ə 2020-ci ilin yanvarında, 30 milyon avro qarşılığında PSV-dən transfer olunub. Onun Hotspur təmsilçisi ilə olan müqaviləsinin müddəti 3 ildən sonra başa çatacaq.
Nihat