PSJ-nin ulduzu Neymardan pis xəbər gəlib. Fanat.Az xəbər verir ki, "Marsel"lə oyunda zədələnən braziliyalı futbolçu 4 həftə yaşıl meydanlardan kənarda qalacaqö
26 yaşlı futbolçu bazar günü keçirilən matçda sağ ayağından zədə almış, ağrıya dözməyərək meydanda ağlamışdı. Həkim müayinəsindən keçən Neymarın ayaq biləyində burxulma və daraq sümüklərində qırıq aşkarlanıb. Bu səbəbdən o, 4 həftə meydana çıxmayacaq. Beləliklə, braziliyalı Liqa 1 matçları ilə yanaşı, "Real"la Çempionlar Liqası oyunda da olmayacaq.
Fanat.Az