Neymara inanılmaz təklif - 100 milyon

Neymara inanılmaz təklif - 100 milyon

Qətər şeyxinin sahibi olduğu PSJ mövsümün sonunda transfer bombasını partlatmağa hazırlaşır. Fanat.az "L`Equipe"ə istinadən xəbər verir ki, Paris klubu Kriştiano Ronaldo planını dəyişib.

Belə ki, PSJ-nin yayda "Real"ın ulduzu üçün 120 milyon avro təklif edəcəyi deyilirdi. Lakin FIFA-nın "Kral Klubu"na transfer qadağası qoyması planların dəyişməsinə səbəb olub. Artıq Madrid klubunun bu vəziyyətdə Ronaldonu nə olursa-olsun satmayacağı dəqiqdi.

"L`Equipe"in iddiasına görə, PSJ bu vəziyyətdə hədəfini dəyişərək Neymarı transfer siyahısına salıb. Paris təmsilçisinin "Barselona" ilə 2018-ci ilədək müqaviləsi olan braziliyalı ulduz üçün 100 milyon avro təklif edəcəyi iddia olunub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər