Neymar üçün fantastik məbləğ - 190 milyon avro

Neymar üçün fantastik məbləğ - 190 milyon avro
"Mançester Yunayted"lə "Mançester Siti"nin Neymar israrı davam edir. Fanat.az xəbər verir ki, hər iki Premyer Liqa klubu yayda nəyin bahasına olursa-olsun braziliyalını transfer etmək istəyir.
"Barselona" Neymara 190 milyon avro qiymət qoyub. Bu məbləğ ödənəcəyi halda, Neymar istədiyi kluba keçə bilər. Mançester təmsilçiləri məhz bu maddədən yararlanmaq istəyir.
Qeyd edək ki, "Barselona" 2013-cü ildə Neymarı "Santos"dan 88,2 milyon avroya transfer edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər