Neymar NASA texnologiyası ilə zədəsini sağaldır

Neymar NASA texnologiyası ilə zədəsini sağaldır

DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Serbiyaya qarşı oyunda (2:0) xəsarət alan Braziliya millisinin hücumçusu Neymar qrupun digər görüşlərini buraxmalı olub.

Fanat.Az xəbər verir ki, ulduz forvard hazırda NASA texnologiyası ilə zədəsini sağaldır.

"Marca"nın məlumatına görə, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) kosmik texnologiyası əsasında alimlər və həkimlər tərəfindən hazırlanmış cihaz Neymarın köməyinə çatıb. 

"Normatec" firmasının istehsalı olan cihaz futbolçunun daha sürətli sağalmasını təmin edəcək. 

Bütün ayağı əhatə edən qurğu qan dövranının aktivləşdirilməsini təmin edir, yumşaq toxumaların sağalmasına kömək edir, şişkinliyi aradan qaldırır və ağrıları azaldır.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər