"Barselona"nın ulduz futbolçusu Neymar komanda yoldaşı Jordi Albanı təhqir edib. Fanat.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin "Valensiya"ya 1:2 hesabı ilə uduzduğu qarşılaşmada baş verib.
Belə ki, oyunu gedişində Albadan ötürmə ala bilməyən "sambaçı" komanda yoldaşının üzərinə gedib. Bu zaman o, Albanı təhqir etməkdən də çəkinməyib.
Qeyd edək ki, "Barselona"nın məğlub olduğu görüşdə Neymar rəqibin qələbə sevincini yaşayan futbolçusu Antonio Barraqana qarşı da xoşagəlməz davranışlarla yadda qalmışdı. Buna görə hətta tərəflər arasında gərginlik də yaşanmışdı.
Fanat.az