Neymar finalda qarşılaşmaq istədiyi rəqibin adını açıqladı

Neymar finalda qarşılaşmaq istədiyi rəqibin adını açıqladı

Braziliya millisinin hücumçusu Neymar Amerika Kuboku - 2021-in finalında qarşılaşmaq istədiyi rəqibin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, ulduz oyunçu "America TV"yə belə danışıb:

"Finalda Argentinaya qarşı oynamaq istəyirəm. Çünki o komandada futbolçu dostlarım var. Biz qalib gələcəyik".

Qeyd edək ki, yarımfinal matçında Braziliya Perunu 1:0 hesabıyıa yenib. Matçdakı yeganə qolu oyunun 35-ci dəqiqəsində Neymarın möhtəşəm driblinqi və ötürməsindən sonra Lukas Paketa boş qapıya vurub.

Argentina və Kolumbiya iyunun 7-sində digər 1/2 final görüşünə çıxacaq.

Atilla

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər