“Neftçi” klubu qapıçı İvan Brkiçlə müqavilənin müddətini artırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı xorvatiyalı qolkiperlə 2 illik anlaşma imzalanıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edən Brkiç bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla, 50 rəsmi matçda qapını qoruyub.