Nəbiyev komandasına kömək edə bilmədi

Nəbiyev komandasına kömək edə bilmədi

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya" (Jijkov) Çexiyanın II divizionda növbəti oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, komanda X turun görüşləri çərçivəsində səfərdə “Trşinets"lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Nəbiyev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, hazırda  "Viktoriya" 8 xalla 13-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər