Nə Renat oynadı, nə də Murad

Nə Renat oynadı, nə də Murad

Gənclər arasında Almaniya Bundesliqasının Cənub zonasında növbəti turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun və U-19 yığmamızın üzvü Murad Mahmudovun komandası - “Ayntraxt”ın U-19-u da matça çıxıb.

 

Frankfurt təmsilçisi rəqib meydanında "Karlsrue" ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb.

 

Dadaşovla Mahmudov oynamayıb. Ötən tur “Fraybruq”la görüşdə qırmızı vərəqə alan Renat cəza üzündən gözə dəyməyibsə, Muradın xidmətinə ehtiyac duyulmayıb. 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər