Nazirlik Olimpiya komplekslərinə direktor axtarır

Nazirlik Olimpiya komplekslərinə direktor axtarır

Gənclər və İdman Nazirliyi İmişli ilə Tərtərdəki Olimpiya İdman komplekslərinin, həmçinin Bakının Müşfiqabad qəsəbəsində yerləşən “İdman Sağlamlıq Mərkəzi” MMC-nin direktoru vəzifəsinə işə qəbul elan edib.

Fanat.Az nazirliyin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla ümumilikdə 6 il iş təcrübəsi tələb olunur.

Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 30-dək müvafiq ünvana göndərməlidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər