Nazirlik klublara 158 milyon yardım etdi

Nazirlik klublara 158 milyon yardım etdi

Türkiyə Gənclər və İdman nazirliyi futbol klublarına 158 milyon yeni türk lirəsi dəyərində yarım etdiklərinin açıqlayıb.

Fanat.Az xəbər verir ki, nazir Akif Çağatay Kılıc Super Liqada çıxış edən klubların bu yardımdan böyük pay aldığını vurğulayıb. O bildirib ki, 158 milyon lirənin 122,6 milyonu məhz elitada çıxış edənlər arasından bölüşdürülüb. Qalan məbləq aşağı liqalarda yarışanlara çatıb.

Nazirin sözlərinə görə, bu məbləğ nazirliyə bağlı fəaliyyət göstərən Spor Toto təşkilatı tərəfindən son üç ilin reklam tərəfdaşlığı çərçivəsində hesablanıb və futbol klublarına yardım məqsədiylə onlara verilib.

Xatırladaq ki, ildən ilə Azərbaycanda futbol klublarının vəziyyəti pisləşir. Müstəqil iş adamları müxtəlif güzəştlər qarşılığında bu sahəyə cəlb olunsa da, sonradan xərclənən pulların qarşılığının olmaması, bürokratik əngəllər və həmin iş adamlarının maddi durumun ağırlaşması bu prosesi dayandırıb. Hazırda Azərbaycanda cəmi 8 elita klubu var ki, onlardan da üçü bilavasitə AFFA-dan və onun əsas sponsoru SOCAR-dan gələn pullar sayəsində mövcudluğunu qoruyur. Amma bu proses şəffaf aparılmadığından ayrılan pulların məbləği və xərclənmə forması qaranlıqdı.

Gürcüstanda da Türkiyədə olduğu kimi, klublara dövlət və federasiya tərəfindən şəffaf formada maliyyə yardımı göstərilir. Ötən il Azərbaycanda yeni dövlət proqramının imzalanacağı, məhz həmin proqramdan sonra futbol klublarına yardım göstəriləcəyi deyilsə də, layihə reallaşmadı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər