Nazirlik iki direktor axtarır

Nazirlik iki direktor axtarır

Gənclər və İdman Nazirliyi iki idman obyektində direktor vəzifəsi üzrə işə qəbul elan edib.

Fanat.Az nazirliyin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bunlar Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və Bakı şəhərində yerləşən Respublika Şahmat Mərkəzidir.

55 yaşadək olan namizədlərdən idman sahəsində 6 il iş stajı tələb olunur.

Müraciət etmək istəyənlər sənədləri avqustun 4-dək müvafiq ünvana göndərməlidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər