Almaniya II Bundesliqasında XVI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" doğma meydanda "RasenBallsport Leypsiq"lə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşib. Ötən oyunda qırmızı vərəqə ilə meydandan qovulan Nazarov bu görüşü buraxmalı olub.
Qeyd edək ki, "Karlsrue" hazırda 19 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.
Fanat.az