Nazarov sağaldı, qırmızı vərəqə aldı

Nazarov sağaldı, qırmızı vərəqə aldı
Almaniyanın II Bundesliqasında XV tura start verilib. Fanat.az хəbər verir ki, Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "Sandhausen"in qonağı olub.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Zədə səbəbindən millinin Moldova ilə oyununda iştirak etməyən Nazarov srart heyətində meydana çızıb. Qarşılaşmanın 72 və 90+2-ci dəqiqələrində sarı vərəqə alan futbolçusuz meydandan qovulub.
Qeyd edək ki, "Karlsruher" 15 turdan sonra 19 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər