Nazarov "fərqləndi", komandası darmadağın oldu

Nazarov "fərqləndi", komandası darmadağın oldu

Almaniyanın 2-ci bundesliqasında 15-ci turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, yığmamızın üzvü Dimitri Nazarovun formasını geydiyi "Erzgebirg" də meydana çıxıb. Doğma meydanda turnir cədvəlinin lideri "VBF Ştutqart"la qarşılaşan Nazarovun komandası darmadağınla üzləşib - 0:4. Dima isə matçın 18-ci dəqiqəsində aldığı sarı vərəqə ilə yadda qalıb. 

Qeyd edək ki, "Erzgebirg" hazırda 2-ci bundesliqanın autsayderlər zonasında yer alıb. Belə ki, komanda 18 iştirakçı arasında 11 xalla 17-ci yerdə qərarlaşıb. 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər