Nazarov qol vurdu, komandası uddu

Nazarov qol vurdu, komandası uddu
Almaniya II Bundesliqasında XXXII turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" səfərdə "Reqensburq"un qonağı olub. 
Görüş Nazarovun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Meydana 60-cı dəqiqədə daxil olan millimizin üzvü bir dəqiqə sonra qol vurub. Yarımmüdafiəçi ötən tur olduğu kimi yenə penaltidən fərqlənib.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 39-a çatdıran "Aue" 12-ci pilləyə yüksəlib. "Reqensburq" isə 45 xalla 8-cidi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər