Nazarov oynamadı, klubuna 6 qol vurdular

Nazarov oynamadı, klubuna 6 qol vurdular
Almaniyanın II Bundesliqasında XI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası "Ersgebirge" səfərdə "1860 Münhen"lə qarşılaşıb. 
Futbolçumuzun klubu bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb - 2:6. Nazarov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Ersgebirge" 11 turdan sonra 10 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər