“Napoli” kubokda penaltilərlə uduzdu

“Napoli” kubokda penaltilərlə uduzdu

İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

A Seriyasının lideri “Napoli” aşkar autsayder “Kremoneze”ni sınağa çəkib. Dörd qolun qeydə alındığı bu matçın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə yarım saatda da hesab dəyişməz qaldığına görə penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Kremoneze” Neapol təmsilçisini mübarizədən kənarlaşdırıb.

İtaliya Kuboku 1/8 final 10 yanvar

İnter – Parma 2:1 Qol: L.Martines, 88. F.Açerbi, 110 – S.Juriç, 38.

11 yanvar

Milan – Torino 0:1 Qol: Adopo, 114.

12 yanvar

Fiorentina – Sampdoriya 1:0 Qol: Barak, 25

Roma – Cenoa 1:0 Qol: Dibala, 64.

17 yanvar

Napoli – Kremoneze 2:2 (penaltilər 4:5) Qol: J.Jesus, 33. C.Simeone, 36 – Ş.Pikel, 18. Afena-Qyan, 87.

19 yanvar

18:00. Atalanta – Spetsiya 21:00. Latsio – Bolonya 00:00. Yuventus – Montsa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər