Namiqdən 20-ci qol

Namiqdən 20-ci qol
"Neftçi”nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub. 
Fanat.Az xəbər verir ki, VI turun "Sabah”la görüşünə təsadüf edib. Komandasına 1:0 hesablı qələbə qazandıran yarımmüdafiəçi 144-cü oyununda 20-yə çatıb.
O, vurduğu qollardan 14-nə "Neftçi”də imza atıb. Namiq "Bakı”da 2, "Qarabağ”da 1, "Kəpəz”də 3 dəfə fərqlənib.
Qeyd edək ki, Ələsgərov ilk qolunu 2014-cü il martın 29-da "Bakı” – "Simurq” matçında (2:1) qonaqların qapısından keçirib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər