Namiq Əliyev yenidən Dünya Güləş Birliyinin Büro üzvü seçildi

Namiq Əliyev yenidən Dünya Güləş Birliyinin Büro üzvü seçildi

Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) Konqresi keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda UWW-nin Büro üzvü Namiq Əliyev, Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev və İcraiyyə Komitəsinin üzvü Vasif Məmmədov iştirak edib.

Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən qurumun İcraiyyə Komitəsinə seçkilər keçirilib. Namiq Əliyev növbəti dəfə ali qurumun Büro üzvü seçilib.

Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri qarşıdakı 6 ildə bu vəzifədə fəaliyyət göstərəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər