Namikin komandası xal itirdi, Vüsal isə...

Namikin komandası xal itirdi, Vüsal isə...

Bu gün Türkiyənin I Liqasında 33-cü tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun açılış oyunu azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası "Keçiörengücü"nün iştirakı ilə reallaşacaq. 

Vüsalın komandası "Umraniyəspor"un qonağı olub və meydandan məğlubiyyətlə ayrılıb – 1:2. Vüsalın adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Xatırladaq ki, son oyunlarda iştirak etməyən İsgəndərli klubundan ayrılmağı planlaşdırır. 

I Liqada oynayan daha bir azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" da bu gün növbəti matçına çıxıb. Liqada qalmağa çalışan "timsahlar" evdə "Gənclərbirliyi"ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Start heyətində meydana daxil olan millimizin futbolçusu 69-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 32-yə çatdıran "Bursaspor" 18-ci pillədə qalıb. 39 xalı olan "Gənclərbirliyi" isə 12-ci sırada qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər