Namik Ələskərovdan vida paylaşımı - FOTO

Namik Ələskərovdan vida paylaşımı - FOTO

"Sabah" klubuna keçidi rəsmiləşən Namik Ələskərov ötən mövsüm formasını geyindiyi "Bursaspor"a vida mesajı ünvanlayıb.

Fanat.Az xəbər verir ki, 2-ci liqaya yuvarlanan Türkiyə təmsilçisindən ayrılaraq Azərbaycana dönən millinin üzvü "Instagram" hesabında paylaşım edib:

"Sizinlə unudulmaz bir il keçirtdim. Nəticə istədiyimiz kimi olmasa da, komandanın uğurlu olması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Xətalarım və səhvlərim oldusa, qüsuruma baxmayın. "Bursaspor"un ən qısa zamanda layiq olduğu yerə gələcəyinə inanıram. Qaydalara görə komandadan ayrılmaq məcburiyyətində qaldım.  Rəhbərliyə, məşqçilərimə, klubda çalışanlara və xüsusilə də "Bursaspor" tərəfdarlarına sonsuz təşəkkürlərimi bildirirəm".

Namik Ələskərovdan vida paylaşımı - FOTO

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər