Namik Ələskərov üçün şok məbləğ - 5 milyon 

Namik Ələskərov üçün şok məbləğ - 5 milyon 

Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu 1-ci Liqada qalmağa çalışır.

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi tapşırığın öhdəsindən gələcəkləri halda, komandaya 5 milyon lirə mükafat ayıracaq. 

Bu iddia ilə türkiyəli idman yazarı Serkan Yetişmişoğlu çıxış edib. "Bursaspor"un yeni prezidenti Ömer Furkan Banazın komanda ilə görüşündə bu barədə açıqlama verdiyi bildirilib. 

"Bursaspor" 31 turdan sonra 31 xalla sonuncudan əvvəlki - 18-ci yerdə qərarlaşıb. "Timsahlar" son 7 oyunda maksimum nəticə əldə etməyə köklənib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər