Namik Ələskərov səfər sınağına çıxır

Namik Ələskərov səfər sınağına çıxır

Azərbaycan millisinin üzvü Namik Ələskərov Türkiyə I Liqasında bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, ötən turda 3 xal qazanaraq altı oyunluq qələbəsiz seriyaya son qoyan "Bursaspor" 24-cü tur çərçivəsində səfərdə "Samsunspor"la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, 27 yaşlı hücumçumuzun komandası hazırda 23 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər