Millimizin hücumçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" bu gün Türkiyə 1-ci liqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, 6-cı turda komanda səfərdə "Tuzlaspor"la qarşılaşıb. Görüş 0:0 nəticələnib. Namik bu matçda əsas heyətində yer alıb və oyunu əvəzlənmədən başa vurub.
Millimizin üzvü 49-cu dəqiqəsində komandasına penalti qazandırıb. Cərimə meydançasında ona qarşı kobudluğa görə hakimin təyin etdiyi “11 metrə”ni komanda yoldaşı Bruno dəyərləndirə bilməyib. Qapıçı qola imkan verməyib. Qeyd edək ki, Bursa təmsilçisi 6 oyundan 5 xalla turnir cədvəlində 14-cü yeri tutur.
Mirağa