Namik 2-ci turda da oynamayacaq

Namik 2-ci turda da oynamayacaq

"Bursaspor" klubuna transfer olunan Azərbaycan millisinin futbolçusu Namik Ələsgərov Türkiyə I liqasının 2-ci turunun oyununu da buraxacaq.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa təmsilçisində yalnız Namik sifariş olunmayıb. Klub hətta ötən həftəsonu anlaşdığı futbolçuları "Erzurumspor"la oyun üçün sifariş etdiyi halda, 26 yaşlı yarımmüdafiəçinin məsələsi düyünə düşüb. Bununla belə, o, Ərzurum səfərində komanda yoldaşlarının yanında olacaq. 

Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Xatırladaq ki, Namikin meneceri Səbuhi Səfiyarlı bir neçə gün əvvəl saytımıza verdiyi açıqlamada futbolçunun probleminin həll olunacağını və onun 2-ci turda meydana çıxa biləcəyini demişdi.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər