Nağıyevin komandası səfər matçından yenə xalsız qayıtdı

Nağıyevin komandası səfər matçından yenə xalsız qayıtdı

Futbol üzrə Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Zarya”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

“İnqulets” hazırda 27 xalla 16 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər