Naço Fernandes bu səbəbdən tərəddüd edir

Naço Fernandes bu səbəbdən tərəddüd edir

"Real Madrid"in müdafiəçisi Naço Fernandesin növbəti mövsümə harada başlayacağı bilinmir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" yayıb.

Xəbərə görə, "Kral klubu"nun idarəçiləri və məşqçilər korpusu Naçonun həm müdafiənin mərkəzində, həm də cinahlarında oynamaq bacarığını nəzərə alaraq onun komandada qalmasını istəyir, ancaq təcrübəli futbolçuya əvəzedici statusu ilə baxırlar. Mənbə 34 yaşlı oyunçunun bu səbəbdən yeni anlaşma ilə bağlı qərar verməyə tələsmədiyini, gözləmə mövqeyində olduğunu vurğulayıb.

Qeyd edək ki, Naçonun "Real"la müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər